...

ABŞ Dövlət katibi Almaniya kanslerinə Yaxın Şərq turnesinin yekunları barədə danışacaq

Dünya xəbərləri Materials 18 Yanvar 2007 19:02 (UTC +04:00)

Yaxın Şərq turnesindən ( İsrail, Misir, Səudiyyə Ərəbistanı və Küveyt) qayıdan ABŞ dövlət katibi Kandoliza Rayz Berlində dayanıb ki, Almaniyanın kansleri Herman Anqela Merkelə turnenin nəticələri barədə danışsın. Bu barədə jurnalistlərə federal hökümətin rəsmi təmsilçisinin müavini Tomas Şteq məlumat verib.

Onun sözlərinə görə, Raysın Yaxın Şərqə səfəri bitən kimi kansleri səfərin nəticələri barədə məlumatlandırması barədə saziş "Anqel Merkelin bu yaxınlarda Vaşinqtona qısamüddətli səfəri zamanı ABŞ prezidenti Corc Buşla görüşündə" əldə olunub.

Şteqin sözlərinə görə, Rays öz alman həmkarı Frank Valter Ştaynmeyarla da görüşəcək, bu barədə Trend RİA Novostiyə istinadən xəbər verir.

Almaniya XİN mətbuat katibi Martin Egerin söylədiyi kimi, Rays və Ştaynmayerin söhbəti kanslerlə görüşdən qabaq baş tutacaq.

Almaniya tərəfin məlumatlarına görə, Raysla görüşlər zamanı Yaxın Şərq nizamlanması, həmçinin "Yaxın Şərq kvarteti"nin (BMT, AŞ, ABŞ və Rusiya) qarşıdakı görüşünə hazırlıq və beynəlxalq siyasətin digər aktual məsələləri diqqət mərkəzində olacaq.

Xəbər lenti

Xəbər lenti