...

Bağdadda şiə lideri Əs.Sədrinin yüksək vəzifəli köməkçilərindən biri həbs edilib

Dünya xəbərləri Materials 19 Yanvar 2007 13:30 (UTC +04:00)

Əs-Sədrinin strukturlarındakı anonim mənbədən alınan məlumata istinadən "Associated Press" agentliyi xəbər verir ki, radikal şiə lideri Muktada əs-Sədrinin yüksək vəzifəli köməkçilərindən biri Bağdadda həbs edilib. KİV-lə qarşılıqı əlaqə üzrə direktor şeyx Abdul-Hadi ad-Darraci Baladiat şərq rayonunda həbs edilib.

"RBK"ya istinadən Trend bildirir ki, bundan öncə İraqdakı Amerika hərbi kontingentinin rəhbərliyi xüsusi təyinatlı İraq qoşunlarının Bağdadın şərq hissəsində apardığı əməliyyat nəticəsində qeyri-qanuni silahlı qruplaşmanın yüksək vəzifəli liderlərindən birini saxlaması barədə xəbər vermişdi, lakin həmin saxlanılanın şəxsiyyətini açıqlamamışdı.

Xəbər lenti

Xəbər lenti