...

ABŞ-ın cənubunda daha bir boran irəliləyir

Dünya xəbərləri Materials 20 Yanvar 2007 12:16 (UTC +04:00)

ABŞ-ın cənubunda daha bir qar boranı irəliləyir. Nyu Meksiko, Texas və Oklaxoma ştatlarında fırtına xəbərdarlığı elan edilib. Orada qar və yağış şəklində 30 sm-lik yağıntı gözlənilir. Bu barədə Associated Press xəbər verir.

Bununla belə, əvvəlki siklon nəticəsinə cərəyansız qalmış 100 min ev indiyədək işıqsız qalıb. Son bir həftə ərzində ABŞ-ın mərkəzində və cənubunda pis hava şəraiti ən azı 74 adamın həyatına son qoyub. Bu barədə Trend RBK-a istinadən xəbər verir.

Ən çox Oklaxoma ştatı ziyan çəkib- orada 25 adam həlak olub, Missuri (14 ölən) və Texasda kəskin soyuqlar və qar yağmaları nəticəsində 12 nəfər həlak olub. Min nəfərə yaxın sakin isə hələ də öz evlərinə qayıda bilmir və isti paltar çatışmazlığı hiss olunan mərkəz müvəqqəti evakuasiya vəziyyətində yaşayır.

Xəbər lenti

Xəbər lenti