...

İranın Milli təhlükəsizlik şurasının katibi nuvə obyektlərinə hücum ehtimalına inanmır

Dünya xəbərləri Materials 20 Yanvar 2007 13:55 (UTC +04:00)

İranın Milli təhlükəsizlik şurasının baş katibi Əli Laricani İranın nuvə obyektlərinə hərbi hücum ehtimalına inanmır.

"Bizim düşmənlərimizin İranın nüvə obyektlərinə hücum etmək üçün kifayət qədər gücü yoxdur. Onlar bizim ölkəmizi hər şeydən əvvəl nüvə enerjisindən dinc istifadə sahəsində öz prinsipial mövqeyindən çəkindirmək məqsədilə psixologi müharibəyə qoşur"-deyə cümə günü İran Təhlükəsizlik Şurasının katibi jurnalistlərə bəyan edib. Bu barədə Trend RİA Novostiyə istinadən xəbər verir.

Onun fikrincə, belə zərbə vurulması ehtimalı "psixolji müharibənin söz-söhbətdir".

"İranın silahlı qüvvələri istənilən hərbi hədəyə qarşı mübarizə apara bilər"- deyə Laricani söyləyib.

İran təmsilçisinin sözlərinə görə, "hazırda, İrana təzyiq göstərmək üçün koalsiya yaratmaq planlaşdırılır, hərçənd, bunun ziyanı Avropa dövlətlərinə dəyəcək".

Xəbər lenti

Xəbər lenti