...

Cənubi Qazaxıstan vilayətində QİÇS-ə yoluxmuş uşaqların sayı 89-a çatıb

Dünya xəbərləri Materials 30 Yanvar 2007 18:34 (UTC +04:00)

Cənubi Qazaxıstan vilayətində QİÇS-ə yoluxmuş uşaqların sayı 89-a çatıb, agentliyin müxbiri xəbər verir.

"yanvarın 29-a "QİÇS-infeksiyası" diaqnozu qoyulmuş uşaqların sayı 89 nəfərə çatıb"-deyə agentliyin müxbirinə vilayət səhiyyə departamentinin mətbuat xidmətindən xəbər veriblər. "QİÇS-ə yoluxmuş anaların sayı əvvəlki kimi qalıb"-deyə onun həmsöhbəti deyib.

Vilayət səhiyyəsinin məlumatına görə, imundefisit virusu Kazıqurt rayonundan olan oğlandan tapılıb, burada infeksiya ocağı ilə təmasda olan uşaqların tədqiqi aparılır, bu barədə Trend www.gazeta.kz -a istinadən xəbər verir.

Beləliklə, bu günə QİÇS virusuna yoluxmuş 89 uşaq tapılıb, onların 8-i artıq ölüb, biri isə övladlığa götürülmək məqsədilə xaricə aparılıb. Bundan başqa virus xəstəliyi uşaqlarına yoluxduran 12 anada aşkar olunub.

Xəbər lenti

Xəbər lenti