...

Almaniyada minlərlə insan pensiya yaşının artırılmasına etiraz olaraq nümayişdə iştirak edib

Dünya xəbərləri Materials 31 Yanvar 2007 15:33 (UTC +04:00)

Bütün Almaniya üzrə iştirakçılarının hökumət tətəfindən pensiya yaşının 67 yaşa qədər artırılmasına etiraz etdiyi nümayişlər keçirilib. "RBK"-yə əssən Trend xəbər verir ki, ölkədə istehsalat üzrə ən böyük həmkarlar ittifaqı İG Metall-ın məlumatına əsasən, etiraz aksiyasında 85 min insan iştirak edib. Onlardan 10 mini Zindelfingen şəhərində DaimlerChrysle zavodunun qarşısında nümayiş təşkil edib. "Assoşeytde Press"in verdiyi məlumata əsasən, aksiyaya Iolkswagen və MAN-nın əməkdaşları da dəstək verib.

Son bir neçə həftə ərzində Almaniyada etiraz dalğası artıb. Həmkarlar ittifaqları bu yolla Angela Merkel hökumətinə təzyiq göstərərək onun pensiya islahatlarının ayrıca bəndlərinə baxmasına nail olmaq niyyətindədir. Hakim kabinet o cümlədən, vətəndaşların indiki 65 pensiya yaşını 67 yaşa qaldıracaq. Bu prosesin 2012-ci ildən 2024-cü ilə qədər mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti