...

Türkiyənin "Peqasus" aviaşirkəti Gürcüstan aviabazarına daxil olmağa hazırlaşır

Dünya xəbərləri Materials 31 Yanvar 2007 19:14 (UTC +04:00)

Gürcüstan turizminin inkişafı məqsədilə az büdcəli xarici aviaşirkətlərin bazara çıxmasına şərait yaratmaq planlaşdırılır. Gürcüstanın iqtisadi inkişaf naziri Giorgi Arveladze hökumət iclasından sonra brifinqdə bildirdiyinə görə belə şirkətlərdən biri nümayəndəliklərlə artıq danışıqların aparıldığı Türkiyənin "Peqasus" avia şirvətidir.

Trend in Tiflisdəki xüsusi müxbirinin məlumatına əsasən, Arveladze hər tərəfə 50% məxsus Gürcüstan-Türkiyə aviaşirkəti - "Peqasus-Gürcüstan"-nın yaradlması perspektivinin də müzakirə edildiyini bildirib.

"Bu aviaşirkətlərin biletlərinin dəyəri nisbətən aşağı olacaq", deyə Arveladze qeyd edib. O, Gürcüstan hökumətinin bu cür şirkətlərin Gürcüstan bazarına daxil olmasına dəstək verəcəyini və bunun da biznesin inkişafına təsir edəcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti