Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İstanbul, Konya, İzmir, Qocaeli və Mardində aparılan əməliyyatlar nəticəsində 48 islamçı radikal həbs edilib.
Trend in Ankara müxbiri xəbər verir ki, həbs edilənlər sırasında "Əl-Qaida" beynəlxalq strukturu ilə əlaqədə şübhəli bilinən şəxslər də var. Həbs edilənlər barədə ətraflı məlumat verilmir.