...

Litvanın baş naziri Gürcüstana Avropa və NATO-ya olan yolda istənilən köməyi göstərməyə hazırdır

Dünya xəbərləri Materials 2 Fevral 2007 13:00 (UTC +04:00)

Litvanın baş naziri bu gün Tiflisə başladığı səfəri Gürcüstana Avropa yolunda dəstək verməklə əlaqələndirib. "Mənim səfərim Avropaya inteqrasiya yolunda Gürcüstana dəstəyimizlə bağlıdır", deyə Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili ilə görüşdən sonra Litvanın baş naziri Gediminas Kirkilas jurnalistlərə bəyan edib.

"Son bir neçə il ərzində Gürcüstan Avropa quruluşuna daxil olmaq üçün çox işlər görüb və biz gürcü xalqının demokratik niyyətini dəstəkləyirik", deyə nazir bildirib. Trend in Tiflisdəki xüsusi müxbiri bildirir ki, Kirkilas Litvanın NATO və AB-yə daxil olmaq təcrübəsi ilə Gürcüstanla bütün qüvvəsi ilə bölüşəcəyini qeyd edib. "Bu məqsədlə Gürcüstan dövlətinin birinci rəsmi şəxsləri ilə lazımi görüşlər keçiririk", deyə nazir vurğulayıb.

Bejuaşvili öz növbəsində bəyan edib ki, Litva Gürcüstana bu mərhələdə hansı kömək və dəstəyin lazım olduğunu "yaxşı başa düşür". "Biz NATO və AB-nin üzvü kimi Litvanın həmçinin daxildən Gürcüstana necə və hansı formada kömək etməsi məsələləri barədə müzakirələr aparmışıq", deyə o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti