...

RF-Gürcüstan hava nəqliyyatının bərpa olunması ayın sonunadək təxirə salınıb

Dünya xəbərləri Materials 6 Fevral 2007 13:29 (UTC +04:00)

Rusiya və Gürcüstan arasında hava nəqliyyatının bərpa olunması haqqında məsələnin həlli fevral ayının sonunadək təxirə salınıb.

Rusiya Nəqliyyat Nazirliyinin Mülki aviasiya sahəsində dövlət siyasəti departamentindən verilən xəbərə görə, danışıqların birinci raundunun yekunlarına görə heç bir protokol imzalanmayacaq.

Tərəflər mübahisəli məsələlərin nizamlanması ilə məşğul olacaq işçi qrupu yaratmaq qərarına gəliblər. İlk növbədə, problem borcların ödənilməsindədir. Moskvada hesab edirlər ki, ikinci raund yalnız borclar ödənilməyə başladığı vaxt başlaya bilər. Bu barədə Trend www.itar-tass.com saytına istinadən xəbər verir.

Aeronaviqasiya xidməti üzrə Gürcüstan tərəfinin borcu 3 mln. 738 min rubl təşkil edir.

Xəbər lenti

Xəbər lenti