Türkiyədə quş fermalarından birində "quş qripi" faktı aşkar edilib.
www.rbc.ru istinadən Trend xəbər verir ki, Türkiyə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, Batman əyalətində quş fermalarından birində 170 quşun kütləvi şəkildə tələf olmasının səbəbi "quş qripi"dir.
"Associated Press" agentliyi xəbər verir ki, baytarlıq xidməti əməkdaşları əyalətin 3 kəndində daha 1,6 min quşu məhv edib. Lakin nazirlikdən verilən məlumatda o da qeyd edilir ki, virusun yayılması təhlükəsi yoxdur.