...

Polşa XİN rəhbəri- Gürcüstanın NATO-ya münaqişəli regionlarla daxil olması istisna edilmir

Dünya xəbərləri Materials 28 Fevral 2007 15:57 (UTC +04:00)

Gürcüstan, Tiflis/müxbir Trend N. Kirtsxalia/Polşa XİN rəhbəri hesab edir ki, Gürcüstanın NATO-ya münaqişəli regionlarla daxil olması istisna edilmir. Bu barədə Polşanın xarici siyasət idarəsinin başçısı Anna Fotıqa bu gün Tiflisdə gürcü həmkarı Gela Bejuaşvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, Polşa Gürcüstanın NATO-ya inteqrasiyasını alqışlayır və bu yolda Gürcüstanın artıq nail olduğu uğurlardan məmnundur. "Ümid edirəm ki, NATO-nun növbəti sammitində biz, Gürcüstanın alyansa inteqrasiyası yolunda daha böyük uğurunu qeyd edəcəyik və əminəm ki, NATO üzv dövlətlərinin Gürcüstana bu yolda kömək etməyə imkanları olacaq", deyə A.Fotıqa bildirib. Lakin o, Gürcüstanın NATO-ya daxil olmasının vaxtını dəqiqləşdirməyib.

Bununla yanaşı, Polşanın XİN rəhbəri bildirib ki, Gürcüstanın NATO ilə dialoqunu intensivləşdirmək lazımdır. O, Gürcüstanın Avropa Birliyinin qonşuluq siyasətinə daxil olmasını alqışlayaraq bildirib: "Münaqişələrin aradan qaldırılmasına imkan verən daha münasib əlaqə və əməkdaşlığa ümid edirəm".

Xəbər lenti

Xəbər lenti