...

Ukraynanın baş naziri Macarıstana bir günlük rəsmi səfərə yola düşüb

Dünya xəbərləri Materials 6 Mart 2007 18:44 (UTC +04:00)

Ukrayna, Kiyev /müxbir. Trend Z.Novosvitski/ Ukraynanın baş naziri Viktor Yanukoviç Macarıstana bir günlük rəsmi səfərə yola düşüb.

Trend in Kiyevdəki xüsusi müxbirinin məlumatına görə, rəsmi səfərdə Ukrayna nümayəndə heyəti enerji, nəqliyyat, investisiya sahəsində iki ölkənin əməkdaşlıq prespektivlərini müzakirə etməyi, həmçinin bir sıra ikitərəfli sənədlər imzalamağı planlaşdırır. Səfərdə baş naziri Ukraynanın yanacaq və enerji naziri Yuri Boyko, nəqliyyat və rabitə naziri Nikolay Rudkovski, iqtisadiyyat naziri Vladimir Makuxa, dövlət mülkiyyəti Fondunun sədri Valentina Semenyuk və digər rəsmi şəxslər müşayiət edəcəklər.

Səfər proqramında V.Yanukoviçin Macarıstanın baş naziri Ferenç Dyurçanla dar ətrafda görüşü nlanlaşdırılır, bundan sonra nazirlər "2007-ci ildə Ukraynanın Nazirlər Kabineti ilə Macarıstan hökuməti arasında birgə fəaliyyət planı"nın təntənəli imzalanma mərasimində iştirak edəcəklər.

Səfər proqramında həmçinin V.Yanukoviçin Macarıstan prezidenti Laslo Şayomla rəsmi danışıqları da planlaşdırılır.

Ukraynanın baş naziri axşam Kiyevə dönəcək.

Xəbər lenti

Xəbər lenti