...

KXDR ABŞ-ın maliyyə sanksiyalarını aradan qaldırılmayacağı təqdirdə "müvafiq addımlar" atacağına söz verib

Dünya xəbərləri Materials 10 Mart 2007 13:31 (UTC +04:00)

Altıtərəfli danışıqlarda KXDR-in nümayəndəsi Kim Ge Qvan ABŞ-ın Makaoda "Delta Eyşa" bankındakı Şimali Koreya hesabının dondurulması ilə bağlı öhdəçiliyini yerinə yetirməyəcəyi təqdirdə Pxenyanın "müvafiq addımlar" atacağı xəbərdarlığını edib.

"Vaşinqton bank avuarlarına məhdudiyyətin ləğv olunacağına söz verib, biz bu prosesi diqqətlə izləyirik", - deyə yuksək vəzifəli nümayəndə bildirib. O, Pekində ÇXR-in XİN rəhbərinin müavini ilə danışıqlar aparıb. O, əlavə edib ki, əgər Birləşmiş Ştatlar sanksiyaları aradan qaldırmasa, "o zaman müəyyən addımlar atıla bilər". İTAR-TASS -ın məlumatına əsasən, Kim Ge Qvan məhz hansı addımların atılacağını dəqiqləşdirməyib.

Müşahidəçilərin fikrincə, çox güman ki, söhbət Pxenyanın nüvə proqramlarının işə salınmasından gedir. Altıtərəfli danışıqların keçən mərhələsində KXDR-in nümayəndələri Yonbene elmi mərkəzində reaktor üzərində işin dayandırılmasına və ölkəyə MAQATE müfəttişlərinin buraxılmasına söz verib.

Xəbər lenti

Xəbər lenti