...

Türkmənistan prezidenti dövlətə və onun başçısına gündəlik sədaqət andını ləğv edib

Dünya xəbərləri Materials 12 Mart 2007 16:24 (UTC +04:00)

Türkmənistan prezidenti Kurbankuli Berdimuxammedov dövlətə və onun başçısına gündəlik sədaqət andını ləğv edib. Prezident Səfərmurad Niyazovun idarəçiliyi dövründə məktəblilər və dövlət xidmətçiləri hər gün bu andı içməyə məcbur idilər.

RBK . -nın verdiyi məlumata görə, prezidentin qərarına əsasən, indi bu and yalnız tədris ilinin başlanğıc və sonunda, dövlət bayramlarında, hərbi andın qəbulu zamanı içiləcək.

Həmçinin Berdimuxammedov prezidentin ölkənin müxtəlif bölgələrinə səfəri zamanı təşkil edilən vacib konsertləri də ləğv edib. Bi-bi-si-nin məlumatına görə, yeni prezident hesab edir ki, azad edilən vasitələri gənclərin bayram və yarışlarının büdcəsinə yönəltmək yaxşıdır.

Xəbər lenti

Xəbər lenti