...

Villepen: Prezident seçkilərində Sarkozini dəstəkləyirəm

Dünya xəbərləri Materials 12 Mart 2007 17:06 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Fransanın baş naziri Dominik de Villepen Europe-1 radiosuna verdiyi müsahibədə hökumətdə Sarkozi ilə bərabər işlədiklərini və prezident seçkilərində də ona dəstək verəcəyini bildirib.

Jak Şirakın namizəd olmayacağını açıqlamasından sonra Fransa baş nazirinin bu sözləri bir mənalı qarşılanmayıb. Baş nazirdən sonra Jak Şirakın da Sarkozini dəstəkləyəcəyini açıqlaması gözlənilir.

Xatırladaq ki, bir neçə ay əvvəl baş nazir Villepen prezident seçkilərində Sarkozinin ən güclü rəqibi sayılırdı.

Xəbər lenti

Xəbər lenti