...

AB nümayəndəsi Ankarada səfərdədir

Dünya xəbərləri Materials 16 Mart 2007 13:41 (UTC +04:00)

Türkiyə, Ankara /müxbir. Trend Ə.Ələsgərov/ Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, Avropa Birliyinin (AB) nümayəndəsi, maliyyə sahəsində əməkdaşlığa məsul direktor Xolqer Şreder Ankarada rəsmi səfərdədir.

AB nümayəndəsi Türkiyənin Əmək və Sosial müdafiə Nazirliyində görüşlər keçirib. Səfərin əsas məqsədi ağır istehsalatda uşaq əməyindən istifadə hallarının aradan qaldırılması barədə AB layihələrinin Türkiyədə həyatə keçirilməsi şəraitini öyrənməkdir.

Hazırkı layihə son 7 il müddətində AB ölkələri tərəfindən maliyyələşdirilir və əmək üzrə Beynəlxalq Təşkilat və Türkiyənin Əmək və Sosial müdafiə Nazirliyi ilə birgə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti