...

Gürcüstanın Avropaya inteqrasiya üzrə dövlət naziri Böyük Britaniyaya səfərə gedib

Dünya xəbərləri Materials 19 Mart 2007 13:50 (UTC +04:00)

Gürcüstan, Tiflis / müxbir. Trend N.Kirüxalia/ Gürcüstanın Avropaya inteqrasiya üzrə dövlət naziri Georgi Baramidzenin martın 19-da Böyük Britaniyaya səfəri gözlənilir. Dövlət nazirliyi aparatından Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, səfər çərçivəsində nazirin Böyük Britaniya parlamenti və nüfuzlu QHT-ləri ilə ciddi görüşlər nəzərdə tutulub. Baramidzenin əsasən Böyük Britaniya müdafiə naziri Adam İnqrem, Avropa işləri üzrə nazir Cefri Xun, müdafiə üzrə parlament komitəsinin sədri Ceyms Arbutnit, xarici əlaqələr üzrə komitə sədri Mayk Qeyps və "Gürcüstanın dostları" qrupu üzvləri ilə görüşləri planlaşdırılıb.

Baramidzenin Böyük Britaniyanın Chatham House tədqiqat Mərkəzində çıxışı da gözlənilir. Burada isə siyasətçilər və QHT-lərin Gürcüstan və Şərqi Avropada dəyişikliklərdə marağı olan nümayəndələri iştirak edəcəklər. Dövlət naziri aparıcı Britaniya nəşriləri olan Reuters, The Economist, The Times Diplomatic, The Independent və Bloomberg TV -yə müsahibələr verəcək.

Dövlət naziri aparatından deyilənə görə, görüşlərin əsas mövzusu Avropaya inteqrasiya, Gürcüstanın NATO-ya daxil olması, ikitərəfli münasibətlər və Gürcüstan ərazisində münaqişələrin nizama salınmasında Britaniyanın rolu olacaq.

Xəbər lenti

Xəbər lenti