...

RF XİN: BMT katibliyi İranda britaniyalı dənizçilərin saxlanılması ilə bağlı məruzə hazırlamalıdır

Dünya xəbərləri Materials 31 Mart 2007 11:39 (UTC +04:00)

BMT katibliyi operativ olaraq İran hakimiyyəti tərəfindən britaniyalı dənizçilərin saxlanılması ilə bağlı operativ olaraq müstəqil məruzə hazırlamalıdır. Belə ki, London təkid edir ki, hərbçilər BMT Təhlükəsizlik Şurasının mandatını yerinə yetirib. Bu barədə RBK məlumat verib.

Bu mövqeni RF xarici işlər nazirinin müavini Aleksandr Yakovenko Böyük Britaniyanın Moskvadakı səfiri Entoni Brentonla bu günkü görüşündə bildirib. Böyük Britaniya tərəfinin arqumentlərini dinlədikdən sonra A.Yakovenko deyib ki, bu insident London və Tehranın müxtəlif qiymətləndirmələrindən çıxış edərək, həmçinin tərəflərin təqdim etdiyi britaniyalı hərbçilərin saxlanıldığı yerin koordinatları dəqiq tədqiq edilməlidir.

Böyük Britaniya səfiri söz verib ki, ölkəsi operativ olaraq BMT katibliyinə lazımi informasiyanı təqdim edəcək. A.Yakovenko və E.Brenton bu vəziyyətin tezliklə həll olunacağına ümidlərini bildirib və qarşılıqlı əlaqələri davam etidirməyə qərar verib. Bu barədə RF XİN-in məlumatında bildirilib.

Britaniyalı dənizçilərin saxlanılması insidenti 23 mart 2007-ci il tarixində Fars körfəzinin şimal hissəsində İraq və İranın ərazi suları sərhədində baş verib. 8 motros və 7 dəniz piyadası ticarət gəmisinin göyərtəsini yoxlayıb. Həmin gəmiyə bir neçə İran hərbi katerləri yaxınlaşdığınıa görə qaçaqmal avtomobillərin daşınması ehtimal olunub. Böyük Britaniya dənizçiləri və onların iki kateri saxlanılıb. Tehran bildirib ki, britaniyalılar İranın dövlət sərhədlərini pozub. Lakin İngiltərə bəyan edib ki, onun dənizçiləri İraqın ərazi sularında olub və İrandan saxlanılanların dərhal azad edilməsini tələb edir.

BMT TŞ vəziyyətlə bağlı narahatlığını bildirib. TŞ problemin qısa müddət ərzində həll olunmasını vacib hesab edir və İranı britaniyalıları azad etməyə çağırır. AB də Böyük Britaniyanın tərəfdarıdır, dənizçilərin azad edilməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti