...

ABŞ tutulan iranlıların britaniyalı dənizçilərlə dəyişdirilməsindən imtina edib

Dünya xəbərləri Materials 31 Mart 2007 12:52 (UTC +04:00)

ABŞ hökuməti İraqda tutulan iranlıların 15 britaniyalı dənizçiyə dəyişdirilməsindən imtina edib. Britaniyanın BBC teleradioşirkətinin məlumatına görə, bunu şənbə günü ABŞ Dövlət departamentinin nümayəndəsi Şon Makrormak bildirib. RİA Novosti . -nin məlumatına görə, 5 iranlı bu ilin yanvar ayında İraqın şimalındakı Ərbil şəhərində Amerika qoşunları tərəfindən əsir götürülüb.

Amerika hökuməti açıq-aydın İraqın mövqeyini qınayıb və Böyük Britaniyanın aralarında bir qadın olan dənizçilərinin azad edilməsi tələbini dəstəkləyib. Britaniyanın 15 dənizçisi martın 23-də İran hərbiçiləri tərəfindən tutulub. Dənizçilər qayıqla İraq gəmilərini yoxlamaqdan qayıdırmışlar. Böyük Britaniya əmin edir ki, dənizçiləri İraq sularında BMT mandatına əsasən olub. Tehran isə bildirir ki, hadisə İran sularında baş verib.

Xəbər lenti

Xəbər lenti