...

Fevralın əvvəlində Bağdadda oğurlanmış iranlı diplomat azadlığa buraxılıb

Dünya xəbərləri Materials 3 Aprel 2007 17:27 (UTC +04:00)

İraqda bu il fevralın əvvəlində oğurlanmış İran İslam Respublikasının Bağdaddakı səfirliyinin ikinci katibi Cəlal Şərifi azadlığa buraxılıb.

Bu barədə İRNA agentliyinin müxbirinə bu gün İraq paytaxtındakı diplomatik missiyanın nümayəndəsi məlumat verib.

"Cəlal Şərifi bazar ertəsi səhər azad edilib və hazırda İrandadır", deyə diplomat bildirib. O, Şərifinin azad edilməsi vəziyyəti ilə bağlı şərh verməkdən imtina edib və bildirib ki, "bu problem siyasi xarakter daşıyır".

Fevralın əvvəlində İranın Bağdaddakı səfirliyinin ikinci katibi naməlum silahlı şəxslər tərəfindən oğurlanıb. Tehran bu insidentə görə məsuliyyəti ABŞ-ın üzərinə qoyub. Eyni zamanda, Amerika komandanlığının nümayəndələri ABŞ və İraq müdafiə nazirliyinin oğurluğa hər hansı aidiyyəti olduğunu təkzib edirdi.

Xəbər lenti

Xəbər lenti