...

Sevastopola 2 türk gəmisi və sualtı qayığı gəlib

Dünya xəbərləri Materials 6 Aprel 2007 15:03 (UTC +04:00)

Ukrayna, Kiyev /müxbir. Trend Z.Novosvitski/ Bu gün səhər Sevastopola 2 türk gəmisi və sualtı qayığı gəlib.

Trend in Kiyevdəki xüsusi müxbirinin Ukraynanın HDQ komandanlığına istinadən verdiyi məlumata görə, "Salixreys" freqatı, "Yarbay Kudret Günger" tankeri və "Burakreys" sualtı qayığı Ukrayna və Türkiyə müdafiə nazirliklərinin beynəlxalq hərbi əməkdaşlıq planına əsasən Sevastopola gəliblər.

Türkiyə HDQ gəmilərinin Sevastopola dostluq səfərləri aprelin 9-da başa çatacaq.

"Salixreys" freqatı (2 ranq komandir - kapitan Oğuz Karaman): gəminin uzunluğu - 118 m, eni - 14,8 m, suya oturma dərəcəsi - 6,4 m. "Ərbay Kudret Qönqer" tankeri (1 ranq komandir - kapitan Aydın Şirin): tankerin uzunluğu - 143,1 m, eni - 22,8 m, suya oturma dərəcəsi - 7,6 m. "Burakreys" sualtı qayığı (3 ranq komandir - kapitan Aycan Zaqra): uzunluğu - 62,0 m, eni - 6,2 m, suya oturma dərəcəsi - 5,8 m.

Xəbər lenti

Xəbər lenti