...

Axalkalaki erməniləri tələb edirlər ki, erməni dili Gürcüstanda ikinci dövlət dili kimi qəbul olunsun

Dünya xəbərləri Materials 13 Aprel 2007 15:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. " N.Kirtsxalia / Cavaxetiyanın (Gürcstanın cənubu) erməni ictimai təşkilatları tələb edirlər ki, Gürcüstanda erməni dili gürcü dilinin statusuna uyğunlaşdırılsın. "Virk" və "Cavaxk" təşkilatlarının nümayəndələri bəyan edirlər ki, ermənilərin kompakt yaşadıqları Cavaxetiya bölgəsində dövlət dilini bilən şəxslərin vəzifəyə təyin edilməsini nəzərdə tutan qanunun müddəaları mütəmadi şəkildə pozulur.

Sözügedən təşkilatların məlumatlarına əsasən bölgə məmurlarının 90%-i gürcü dilində danışa bilmirlər. Ona görə də ermənilər vəziyyətdən çıxış yolunu erməni dilinin dövlət dili statusuna uyğunlaşdırılmasında görürlər. Bu tələblərlə Axalkalakidə yaşayan ermənilər bu gün aksiya keçirmək niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti