...

Tiflisdə dəmiryolçuların beynəlxalq konfransı işinə başlayıb

Dünya xəbərləri Materials 23 Aprel 2007 16:27 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Bu gün Tiflisin "Şeraton Metexi Palas" mehmanxanasında Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının iştirakçıları olan ölkələrin dəmir yollarının baş direktorları konfransının işçi qrupunun 22-ci iclası işinə başlayıb.

"Gürcüstan Dəmir Yolu" MMC-nin məlumatına əsasən, konfrans çərçivəsində qarşılıqlı əməkdaşlıq qaydaları müəyyən edilir və il ərzində işlərin yekunu aparılır. Gürcüstan dəmir yolu 25 ölkədən, həmçinin Azərbaycandan, 120 nümayəndəni qəbul edəcək. Azərbaycanın nümayəndə heyətinə ADDY-nin rəhbəri Arif Əsgərov başçılıq edir.

Konfransın işçi qrupu aprelin 26-da konfransın iştirakçı dövlətlərinin baş direktorları və Gürcüstan Dəmir Yolunun baş direktoru İrakli Ezuqbaya arasında imzalanacaq yekun sənədi hazırlayacaq.

Konfransın təntənəli açılışı aprelin 26-da baş tutacaq. Konfransda hökumət üzvlərinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti