...

İstanbulda müxalifətin etiraz mitinqi keçirilib

Dünya xəbərləri Materials 30 Aprel 2007 14:20 (UTC +04:00)

Türkiyə,Ankara/müxbir Trend Ə.Ələsgərov/İstanbulda Çağlayan rayonunun "Respublika" meydanında müxalifətin kütləvi etiraz mitinqi keçirilib. Etiraz mitinqi Türkiyədə respublika rejiminin dəyərlərinin müdafiəsi şüarı altında keçib. Etiraz aksiyası ölkə hökumətindən və Ədalət və İnkşaf partiyasından narazı olan çox saylı qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə təşkil olunub.

Müxalifət adıçəkilən partiyanın fəaliyyətində Kamal Atatürk tərəfindən ölkədə qurulmuş kübar prinsiplərə qəsd cəhdlərini görür. Mitinqdə əsas müxalifət partiyalarının liderləri iştirak edib. Çıxış edənlər qeyd edib ki, İstanbul mitinqi aprelin 14-də Ankarada "Tandoğan" meydanında baş tutmuş kütləvi mitinqdən sonra başlamış etiraz aksiyalarının davamıdır. Türkiyə ordusuna dəstək çağırışları səsləndirilib, "prezident seçkilərindən ölkədə kübar prinsiplərin dəyişdirilməsi üçün istifadə etməyə çalışanların" cəhdlərinin dayandırılması qeyd olunub. Mitinq insidentsiz keçib.

Xəbər lenti

Xəbər lenti