...

Mayın 16-da Gürcüstanın XİN rəhbəri NATO ölkələri ilə danışıqlar aparacaq

Dünya xəbərləri Materials 10 May 2007 16:11 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Mayın 16-da NATO-nun Brüsseldəki mənzil qərargahında Gürcüstanın anlyansa inteqrasiya prosesinin müzakirə olunacağı 26+1 formatında görüş keçiriləcək. Bu barədə Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili bəyan edib.

Gürcüstan tərəfi ilin sonuna qədər NATO-da üzvlük proqramını almaq niyyətindədir və bunun üçün alyans nümayəndələri ilə gücləndirilmiş məsləhətləşmələr aparır. NATO Gürcüstanın təşkilata qəbul olunmaq yolunda böyük uğurlarını təsdiq edir.

ABŞ da NATO-nu Gürcüstanı öz sıralarına qəbul etməyə çağırıb və alyansa qəbul olunmaq üçün nəzərdə tutulmuş proqrama 10 mln. dollar ayırıb.

Bejuaşvili bildirib ki, NATO-ya daxil olmağa hazır olduğunu göstərmək üçün Gürcüstan NATO-ya üzv olan 26 ölkəni inandırmalıdır və bu mərhələdə alyansa qəbul olunmaq üçün proqram lazımdır.

Xəbər lenti

Xəbər lenti