...

Gürcüstanda "yaşıllar"ı ofisdən polisin köməyi ilə çıxarıblar

Dünya xəbərləri Materials 12 May 2007 11:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi / müx. Trend N.Kirtsxalia/ Gürcüstan polisi "Yaşıllar" Partiyasının Muştaidi parkındakı ofisini boşaltmağa başlayıb. Polislər ofisi mühasirəyə alıblar və ora heç kimi buraxmayıblar.

Müvafiq xidmətlərin təmsilçiləri isə partiyaya məxsus əmlakı buraya xüsusi olaraq gətirilən yük maşınına yükləyib aparıblar. Onlar bildiriblər ki, bütün avadanlıq anbara aparılacaq və sonra partiyanın nümayəndəsi gəlib onu oradan apara bilər.

Hadisə yerində olan partiyanın lideri Giorgi Qaçeçiladze polisin hərəkətlərinə açıq etirazını bildirib. "Onların bunu etmək haqları yox idi. Ondansa gedib Abxaziya və Samaçabloda (Cənubi Osetiya) vuruşsunlar" - deyə o vurğulayıb.

Parkın direktoru İrakli Mikadze isə bəyan edib ki, "yaşıllar"la 2004-dən 2014-cü ilədək imzaladığı müqavilə qeyri-qanunidir. Çünki sənəddə "Muştaidi"nin sahibi olan Tbilisi meriyasının möhürü yoxdur.

Xəbər lenti

Xəbər lenti