...

Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti akademik seçilib

Dünya xəbərləri Materials 24 May 2007 20:51 (UTC +04:00)
Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti akademik seçilib

Rusiya, Moskva/ Trend müxbir R.Ağayev/ Rusiya Tibb elmləri Akademiyasının Moskvada keçirilən növbəti sessiyasında yeni akademik və müxbir uzvlərin seçimi keçirilib. Yeni seçilmiş akademiklər arasında həmyerlimiz, tibb elmləri doktoru, professor, məşhur cərrah-onkoloq, Uşaq Onkoloji mərkəzinin rəhbəri, RF əməkdar elm xadimi, elm və texnika sahsində təhlükəli sarkomanın (qorxulu şiş) kombinə edilmiş üsulla müalicəsinin kliniki praktika şəraitində tətbiqinə görə RF Dövlət mükafatı laureatı, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) prezidenti Məmməd Bağır Cavad oğlu Əliyev də var.

Bu barədə ÜAK mətbuat xidmətinin rəhbəri Fərhad Ağamalıyev məlumat verib.

Ağamalıyevin sözlərinə görə, Məmməd Əliyevin Rusya tibb elmində xidmətləri danılmazdır. O, az saylı onkoloqlardandır ki, 7 kəşfin, 6 rasional təklifin müəllifidir. Fərhad Ağamalıyev əmindir ki, Məmməd Əliyevin elmi fəaliyyəti praktiki fəaliyyəti ilə uyğunluq təşkil edir. "M.Əliyev 222 dərc olunmuş elmi iş, 2 monoqrafiya, 1 kitabın müəllifidir. Onun rəhbərliyi altında 13 namizədlik, 6 doktorluq dissertasiyası hazırlanıb. O, həmçinin Avropa onkoloqlar təşkilatının və MDB onkoloqlar Assosiasiyasının üzvüdür. O, onkologiya sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində tibbə yeni ideyalar gətirir",-deyə ÜAK mətbuat xidmətinin rəhbəri yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti