...

Gürcüstan parlamenti İraqdakı gürcü hərbi kontingentinin artırılmasına razılıq verib

Dünya xəbərləri Materials 8 İyun 2007 21:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi/ Trend müxbir N.Kirtsxalia/ 145 səs lehinə, 2 səs əleyhinə olmaqla Gücüstan parlamenti bu gün İraqdakı gürcü hərbi kontingentinin 2000 nəfərə qədər artırılması barədə qətnaməni qəbul edib.

Parlamentin sədri Nini Burcanadze həmkarlarına təşəkkür edərək bildirib: "Biz sülhə və regiondakı sabitliyə səs verdik, bu o deməkdir ki, Gücüstan sabitliyin, sülhün, dostluğun qiymətini bilir".

Qeyd etmək lazımdır ki, parlament müxalifəti bunu Gürcüstanın beynəlxalq öhdəliyi hesab edərək əleyhinə çıxmayıb. Amma onları əsgərlərin saxlanılma şəraiti və əmək haqqı maraqlandırıb.

İraqa əlavə kontingentin göndərilməsinin əleyhinə yalnız parlamentin bitərəf və "Gürcüstan Milli Forumu"na daxil olan deputatlar etiraz ediblər.

Xəbər lenti

Xəbər lenti