...

Polşada hökumət böhranı dərinləşib

Dünya xəbərləri Materials 6 Avqust 2007 19:47 (UTC +04:00)

Fransa, Strasburq, / Trend müxbir A.Məhərrəmli/ Kaçinski (Kaczynski) qardaşları xalqçıların hökumət koalisiyasını tərk etməsi ilə Polşa Seymində (Parlamentin aşağı palatası) səs çoxluğundan məhrum olublar. Özünümüdafiə partiyasının (Samobroona) avqustun 5-də Polşada iqtidarda olan hakim koalisiyanın tərkibindən çıxması barədə qərarı səs çoxluğundan məhrum olan və Yaroslav Kaçinskinin başçılıq etdiyi koalisiyanın gələcəyini təhlükə altına qoyub.

Qeyd edək ki, Polşada siyasi böhranın yaranmasına səbəb bir ay bundan əvvəl korrupsiyada ittiham olunan baş nazirin keçmiş 1-ci müavini ilə yanaşı Kənd Təsərrüfatı naziri vəzifəsini tutan və Özünümüdafiə partiyasının lideri Anjey Lepperin (Andrzej Lepper) istefaya göndərilməsi olub. O partiyasının avqustun 22-dən etibarən öz işinə başlayacaq parlament sessiyasında mühafizəkarlar partiyasının (PiS) tapşırıqları əsasında səs verməyəcəyini bildirib. "Koalisiya artıq mövcud deyil"- deyə o partiyasının siyasi rəhbərliyinin keçirdiyi iclasdan sonra bəyan edib. O habelə lideri olduğu partiyanın hökumətdə təmsil olunan iki nazirinin də istefa verdiyini bildirib. Məlumat üçün bildirək ki, Anjey Leppep 2006-cı ilin may ayında Polşa Ailələri Liqasının lideri (LPR, qatı sağçılar) Roman Gertiçlə (Roman Giertych) birlikdə koalisiya tərkibinə daxil olub.

Ekspertlərin qənaətincə, yaranmış vəziyyətlə Polşada növbədənkənar parlament seçkilərinin keçirilməsi qaçılmaz olacaq. Qeyd edək ki, Özünümüdafiə partiyası Polşa seymində 44 deputatla təmsil olunan ikinsi siyasi partiyadır. Onların koalisiyanı tərk etməsi Y. Kaçinskinin lideri olduğu "Qanun və Ədalət" partiyasının parlamentdə səs çoxluğundan məhrum olması ilə nəticələnək. Ekspertlər isə sonuncunun liberal müxalifətlə koalisiya yaratmağa dair qərar verməsini ağlabatan hesab etmirlər. Qeyd edək ki, Yaroslav Kaçinski ilə koalisiyada fəaliyyət göstərən və Seymdə 29 deputatla təmsil olunan üçüncü siyasi qüvvə Polşa Ailələri Liqası bazar ertəsi hökuməti tərk etmək və ya etməmək barədə qərar qəbul etmək üçün toplantı kecirəcək.

Onu da qeyd edək ki, Kaçinski qardaşları son günlər növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna etməyiblər. İyulun 9- da Anjey Lepperin istefasından sonra baş nazir səs çoxluğu olmadığı halda yeganə çıxış yolunun vaxtıdan əvvəl seçkilərin olduğunu bildirmişdi. Onlar azlıqda olan hökumətin uzunmüddətli fəaliyyətinin mümkünsüz olduğunu etiraf etmişdi. Xatırladaq ki, Polşada növbəti parlament seçkiləri 2009 -cu ildə keçirilməli idi.

Xəbər lenti

Xəbər lenti