Bakı. İlhamə İsabalayeva - Trend:
Aprelin 23-də Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynalov küçəsində qadının küçədə uşaq dünyaya gətirməsi barədə məlumatlar düzgün deyil.
Bunu Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Rauf Nağıyev deyib.
Baş həkimin sözlərinə görə, aprelin 23-də bir qaraçı qadının küçədə sancının tutması barədə təcili tibbi yardım stansiyasına çağırış daxil olub. Həmin qadın təcili tibbi yardım briqadası gəldikdən sonra təcili tibbi yardım maşınında uşaq dünyaya gətirib.
R.Nağıyev deyib ki, həkim doğuşu qəbul etdikdən sonra qadın və yeni doğulan körpə Murqədirov adına Respublika Klinik Xəstəxanasına təhvil verilib və xəstəxanaın tibbi personalı tərəfindən yüksək səviyyədə qəbul edilib. Onların hər ikisi fiziki baxımdan sağlam olub.
R.Nağıyev deyib ki, təcili tıbbi yardım maşınında qaraçı qadının uşaq dünyaya gətirməsi ilk hadisə deyil: "Bizdə belə hallar olub. Elə hallar olub ki, hamilə qadınlara görə çağırış olub, onlar elə maşında azad olublar. Doğuşu elə maşında qəbul edib onları xəstəxanaya təhvil vermişik. Bu da elə bir vəziyyət olub".