...

Aygün Kazımova tamaşaçıya maşın bağışlayacaq

Cəmiyyət Materials 1 İyun 2007 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /müx.TrendLife Günel Əhmədova/Məlum olub ki, əməkdar artist Aygün Kazımova iyunun 20-də Tofiq Bəhramov adına stadionda konsert keçirməyə hazırlaşır. Müğənnin verdiyi məlumata görə, o, tamaşaçılara qiymətli hədiyyə verəcək. "Nurgun Motors şirkəti mənə 17.500 dollar dəyərində avtomobil hədiyyə edib. Bu maşın tamaşaçılardan birinə hədiyyə olunacaq. Hər bilet alana kupon təqdim olunacaq. Kuponda isə həmin adamın adı, familyası və əlaqə telefonu qeydə alınacaq. Konsert başlamazdan əvvəl biletlər yığılıb səhnəyə təhvil veriləcək. Mən kuponlardan birini seçib qalibi elan edəcəm" - deyə müğənni TrendLife-a bildirib.

Xəbər lenti

Xəbər lenti