...

İstanbul-Bakı reysi təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2016 13:25 (UTC +04:00)
"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 16-a təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb.
İstanbul-Bakı reysi təxirə salınıb

Bakı. Maksim Tsurkov - Trend:

"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 16-a təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin saytında yerləşdirilmiş məlumatda bildirilib.

Xatırladaq ki, təyyarə yerli vaxtla saat 08:15-də İstanbuldan uçmalı idi. Müvafiq olaraq Bakıdan olan, yerli vaxtla 14:35-ə təyin edilmiş geri reysi də təxirə salınıb.

Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti