...

Azərbaycanda su-elektrik stansiyalarının böyük kaskadı elektrik enerjisinin istehsalını artırıb

Energetika Materials 18 İyun 2009 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend /

Yanvar-mayda su-elektrik stansiyalarının kaskadı tərəfindən 516 milyon kilovatdan artıq elektrik enerjisi (463 milyon kilovat nəzərdə tutulmuşdu) istehsal olunub, cümə axşamı "Azərenerji" SC-nin (Azərbaycanda ən böyük enerji istehsalçısı) yaydığı məlumatda deyilir.

Bu dövrdə kaskad tərəfindən istehsal olunmuş elektrik enerjisinin ümumi həcmindən 368 milyon kilovat/saat Şəmkir su-elektrik stansiyası və qalan 148 milyon kilovat/saat elektrik enerjisi Yenikənd su-elektrik stansiyasının payına düşüb.

Mayda kaskad tərəfindən 131 milyon kilovat/saatdan artıq elektrik enejisi (110 milyon kilovat/saat nəzərdə tutulmuşdu) istehsal olunub.

Kaskadın tərkibinə Şəmkir və Yenikənd su-elektrik stansiyaları daxildir. Şəmkir su-elektrik stansiyasının birinci aqreqatı 1982-ci ildə, ikinci isə 1983-cü ildə istifadəyə verilib. Yenikənd su-elektrik stansiyası 2000-ci ildə istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti