...

Təhsil sistemində dini təbliğ etmək düzgün deyil - Nazir müavini

Cəmiyyət Materials 24 Dekabr 2025 12:44 (UTC +04:00)
Təhsil sistemində dini təbliğ etmək düzgün deyil - Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün dinə münasibətlə bağlı müxtəlif yanaşmalar mövcuddur. Təhsil müəssisələrində şagird və tələbələrə dinlə bağlı məlumatlar verilir.

Trend xəbər verir ki, bunu təhsil nazirin müavini Firudin Qurbanov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində baş tutan “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusuna həsr olunan paneldə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, orta məktəblərdə bu mövzular həyat bilgisi və tarix fənləri çərçivəsində, ali təhsil müəssisələrində isə multikulturalizm fənni, tarix fənni vasitəsilə tədris olunur:

“Şagird və tələbələrə din haqqında məlumat vermək mümkündür, lakin təhsil sistemində dini təbliğ etmək düzgün deyil.

Dini məsələsində insanlar azad olmalı, hər kəs öz seçimini özü etməlidir. Bu isə insan azadlığının əsas prinsiplərindən biridir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti