...

Ermənistanda kilsənin torpaq mülkiyyəti hüququ məhdudlaşdırılır

Dünya xəbərləri Materials 24 Dekabr 2025 16:08 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan hakimiyyəti Torpaq Məcəlləsinə dəyişikliklər layihəsi hazırlayıb. Dəyişikliklərə əsasən, Erməni Apostol Kilsəsi (EAK) torpaq sahələrini ödənişsiz əsaslarla mülkiyyətinə qəbul etmək hüququndan məhrum ediləcək, lakin torpaqdan ödənişsiz istifadə hüququ saxlanılacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin rəsmi saytında dərc olunan məlumatda bildirilir.

Qanun layihəsi hökumətin 25 dekabr, cümə axşamı günü keçiriləcək iclasında təsdiqlənəcəyi təqdirdə parlamentin müzakirəsinə təqdim olunacaq.

Eyni zamanda sənəddə kilsəyə torpaq sahələrinin ödənişsiz istifadəyə verilməsini tənzimləyən maddənin saxlanılması da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti