Bakı. Trend:
Apple şirkətinin baş icraçı direktoru Tim Kukun "Nike" səhmlərindən təxminən 3 milyon dollar dəyərində alması fonunda şirkətin səhmləri satışdan əvvəlki ticarətdə 2% artıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Sənədlərə görə, Kuk 58,97 dollardan 50 min səhm alıb. Hazırda onun "Nike"da ümumilikdə 105 minə yaxın səhmi var.
Qeyd edək ki, alış, "Nike"-in Çində mənfəət və satış azalması barədə məlumatından bir neçə gün sonraya təsadüf edir. Şirkətin səhmləri 18 dekabrdan bəri təxminən 13% ucuzlaşmışdı.
