Bakı. Trend:
Son on il ərzində dünya üzrə vərəmdən ölüm halları əhəmiyyətli dərəcədə azalıb.
Trend xəbər verir ki, bu barədə məlumat 2025-ci ilin Dünya Səhiyyə Statistikası hesabatında əks olunub.
Məlumata görə, Afrika və Avropa regionlarında son on ildə vərəmdən ölüm hallarında 46% və 49% azalma müşahidə olunub. Buna baxmayaraq, vərəm 2024-cü ildə 1,2 milyon insanın ölümünə səbəb olub. Bu da HİV, diabet, siqaret çəkmə və qidalanma çatışmazlığı kimi risk faktorlarının aradan qaldırılmasının vacibliyini vurğulayır.
ÜST-ün 2025-ci il üçün Dünya Səhiyyə Statistikası hesabatında qeyd olunub ki, tütün istifadəsinin azaldılması, təmiz hava, daha yaxşı su və sanitariya sayəsində 1,4 milyard insan daha sağlam həyat tərzi sürür.
