Bakı.Trend:
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamın sərəncamın böyük tarixi kökləri vardır.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi münasibətilə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan çoxəsrlik həm şəhərsalma, həm memarlıq sahəsində dünyaya böyük töhfələr vermiş ölkədir:
“Ölkəmizin ərazisində dünya irs siyahısına daxil edilmiş İçərişəhər, Qız qalası, Şirvanşahlar kompleksi kimi abidələr vardır. Həmçinin Şəki şəhəri də həmin siyahıya daxil edilmək ərəfəsindədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan qədimdən şəhərsalma və memarlıq sənətinin təşəkkül tapdığı və inkişaf etdiyi ərazilərdən biridir. Burada qədim memarlıq məktəbləri mövcud olmuşdur və bu işlər tarixin növbəti mərhələlərində uğurla davam etdirilib”.
İ.İsbatov vurğulayıb ki, Xüsusən Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bu sahədə müasir dövrün tələblərinə uyğun kəskin dəyişikliklər edilmiş və proses sistemli şəkildə aparılıb:
“Şəhərlərimizin, kəndlərimizin planlaşdırılmasında əsaslı dönüş əldə olunmuşdur. Bu işlərin davamlı və ardıcıl olması üçün institusional təsisatların yaradılması həyata keçirilib”,-deyə o əlavə edib.
