...

Xalq Bank istiqraz buraxılışına start verir

İqtisadiyyat Materials 24 Dekabr 2025 19:15 (UTC +04:00)
Xalq Bank istiqraz buraxılışına start verir

Bakı. Trend:

Ölkənin aparıcı maliyyə qurumlarından olan ASC “Xalq” Bankı istiqraz emissiyası üzrə abunə yazılışını elan edir. Bank, tədavülə hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd adlı, faizli, sənədsiz və təmin edilməmiş istiqraz buraxır.

İstiqrazların müddəti 24 ay, gəlirliliyi illik 9% təşkil edir. İstiqrazlar üzrə faiz ödənişi dövrü 90 gün təşkil edir.

Emissiyanın anderraytinq xidmətini “Xalq Kapital” İ.Ş. QSC təmin edəcəkdir.

Qeyd edək ki, abunə yazılışı 26 dekabr 2025-cı il tarixində başa çatır.

Xalq Bank istiqrazlarına investisiya müştərilərə sabit və etibarlı gəlir əldə etmək imkanı verir. Bu addımla, Bank müştərilərin maliyyə sabitliyini dəstəkləyir, həmçinin yerli kapital bazarının inkişafına töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti