Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarından Azərbaycandan Böyük Britaniyaya 273,1 milyon dollar dəyərində bitumlu süxurlardan əldə olunmuş 514,9 min ton həcmində xam neft və neft məhsulları ixrac olunub.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə bu dəyər ifadəsində 117,8 milyon ABŞ dolları və ya 30,1 faiz, həcm ifadəsində isə 135,2 min ton və ya 20,8 faiz azdır.
Ötən ilin 11 ayı ərzində Azərbaycandan Böyük Britaniyaya 650,1 min ton neft və neft məhsulları ixrac olunmuşdu və bu ixracın ümumi dəyəri 390,9 milyon ABŞ dolları təşkil edirdi.
Hesabat dövrü ərzində Böyük Britaniya Azərbaycanın ən çox neft və neft məhsulları ixrac etdiyi ölkələrin siyahısında 8-ci yerdə qərarlaşıb.
Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.
