...

Alatavada evdə baş vermiş yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 24 Dekabr 2025 16:38 (UTC +04:00)
Alatavada evdə baş vermiş yanğın söndürülüb (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

xxx

15:59

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti