...

Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə zəng edib

Siyasət Materials 24 Dekabr 2025 14:06 (UTC +04:00)
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə zəng edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Trend xəbər verir ki, Qazaxıstanın dövlətinin başçısı Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və cansağlığı arzulayıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon danışığı əsnasında ölkələrimiz arasında dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin genişlənməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub. Bu xüsusda, Azərbaycan Prezidentinin oktyabrda Qazaxıstana dövlət səfəri, həmçinin Kasım-Jomart Tokayevin ölkəmizə səfəri məmnunluqla xatırlanıb.

Dövlət başçıları əməkdaşlığımızın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti