...

Azərbaycanda könüllü sığorta bazarı 13%-dən çox böyüyüb

İqtisadiyyat Materials 24 Dekabr 2025 13:54 (UTC +04:00)
Azərbaycanda könüllü sığorta bazarı 13%-dən çox böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 1,034 milyard manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 121,5 milyon manat və ya 13,3% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 145 milyon manat və yaxud 25,5% artaraq 713,1 milyon manata çatıb.

Beləliklə, 11 ayda könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 69 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 1,365 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,2 milyon manat və ya 11,7% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,8 milyon manat və ya 21,7% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti