...

Tayvanda güclü zəlzələ olub

Dünya xəbərləri Materials 24 Dekabr 2025 14:41 (UTC +04:00)
Tayvanda güclü zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tayvanın cənub bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Qaosyun liman şəhərindən 90 kilometr şimal-şərqdə yerləşib, yeraltı ocağı isə 12 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti