...

Azərbaycanda "Eurovision-2012"-nin seçim mərhələsinin növbəti yarımfinalçısı bəlli oldu

Mədəniyyət Materials 7 Yanvar 2012 23:02 (UTC +04:00)
Azərbaycanda "Eurovision-2012"-nin milli seçim turunun altıncı yarımfinalçısı müəyyən oldu. Sms-səsvermə və münsiflər heyətinin rəyi nəticəsində Adil Baxışlı şənbə günü qalib oldu.
Azərbaycanda "Eurovision-2012"-nin seçim mərhələsinin növbəti yarımfinalçısı bəlli oldu

Azərbaycan, Bakı, 7 yanvar / Trend/

Azərbaycanda "Eurovision-2012"-nin milli seçim turunun altıncı yarımfinalçısı müəyyən oldu. Sms-səsvermə və münsiflər heyətinin rəyi nəticəsində Adil Baxışlı şənbə günü qalib oldu.

İctimai Televiziyada Milli Seçim turunun 6-cı həftəsi zamanı Habil Əhmədov, Orxan Əfəndi, Ramilə Muradova, Elgiz Məmmədov, Adil Baxışlı, Bəxtiyar Qasımov, Cahangir Qasımzadə və Vlada Axundova yarışmışdı.

Musiqi yarışında 72 iddiaçı iştirak edirlər, onlar 8 yarımqrupa bölünüblər. Seçim turunun iştirakçılarının arasında keçən illərin milli seçmələrinin iştirakçıları, məşhur ifaçılar, həmçinin üç ABŞ vətəndaşı var. Teleşou səkkiz həftə - bazar ertəsindən cümə gününədək davam edəcək. Layihənin qaydalarına görə, bazar ertəsi müsabiqənin iştirakçıları dünya hitlərindən birini ifa edirlər, çərşənbə axşamı - Azərbaycan estrada mahnısını, çərşənbə günü - Eurovision-un kompozisiyalarından birini, cümə axşamı - azad seçimdir, cümə günü isə yarımqrupun qalibi təyin edilir.

Bundan əvvəl Orxan Kərimli, Məryam Kərimova, Xəyyam Mustafazadə, Fəqan Səfərov və Elton İbrahimov yarımfinala yüksəliblər.

2012-ci ildə "Eurovision" beynəlxalq mahnı yarışması Azərbaycanda keçəcək. Azərbaycanlı iştirakçılar Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Eurovision-2011" müsabiqəsinin qalibi oldular.

Müsabiqənin yarımfinal turları 22 və 24 may tarıxındə, final - 26 may tarixində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti