...

Həsən Musəvi: İran və Azərbaycan qardaşdır və bu qardaşlığın arasını heç kəs vura biməz (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 Sentyabr 2012 15:40 (UTC +04:00)
İran və Azərbaycan qardaşdır və bu qardaşlığın arasını heç kəs vura biməz.
Həsən Musəvi: İran və Azərbaycan qardaşdır və bu qardaşlığın arasını heç kəs vura biməz (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

İran və Azərbaycan qardaşdır və bu qardaşlığın arasını heç kəs vura biməz. Trend-in məlumatına görə, bunu İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi cümə axşamı Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib.

"Azərbaycan və İran arasında olan dərin tarixi münasibətlərdən düşmənlərimiz narahatdır", - Musəvi deyib.

O qeyd edib ki, İran Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini daim dəstəkləyir. Bu yaxınlarda İranda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin sammitinin bəyanatında da Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi vurğulanmışdı.

"İran və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri daim möhkəm olub və gələcəkdə də davam edəcək", - vitse-prezident deyib.

Musəvi Şeyxülislam Allahşükür Paşazadəni İrana səfərə dəvət edib və bildirib ki, həmin səfər zamanı iki ölkə arasında dini və mədəni sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələsi müzakirə olunacaq.

Musəvi yaxın zamanlarda İranın yeni səfirinin Azərbaycana gələcəyini də bildirib.

"Azərbaycan və İran arasındakı qardaşlıq münasibətlərinin dərin olmasının şahidiyik", - Allahşükür Paşazadə bildirib.

Şeyxülislam İranda saxlanılan Azərbaycan şairlərinin buraxılması ilə bağlı İran tərəfinə öz təşəkkürünü bildirib. O qeyd edib ki, iki ölkə arasında heç bir problem yoxdur və bəzi xırda məsələlər var ki, onlar da tədricən öz həlini tapır.

Onun sözlərinə görə, Ermənistanın məqsədi bu iki ölkəni bir-birindən uzaqlaşdırmaqdır.

"Arzu edirəm ki, iki ölkə arasında əlaqələr daha da genişlənsin", - QMİ sədri deyib.

Paşazadə Musəvinin dəvətini qəbul etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti