...

Taleh Heydərov: Əsas vəzifə Azərbaycanı Avropada tanıtmaqdır

Cəmiyyət Materials 12 Mart 2012 15:04 (UTC +04:00)
Avropa Azərbaycan Cəmiyyətinin əsas vəzifəsi Azərbaycanı Avropada tanıtmaqdır. Bu məqsədlə Avropa mediasında Azərbaycanla bağlı məqalələr çap edilir, flimlər çəkilir.
Taleh Heydərov: Əsas vəzifə Azərbaycanı Avropada tanıtmaqdır

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.Mehdiyev/

Avropa Azərbaycan Cəmiyyətinin əsas vəzifəsi Azərbaycanı Avropada tanıtmaqdır. Bu məqsədlə Avropa mediasında Azərbaycanla bağlı məqalələr çap edilir, flimlər çəkilir.
Trend-in məlumatına görə, bunu Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında "Azərbaycanda lobbi qurulucuğu: Müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında" mövzusunda ikinci paneldə çıxışı zamanı deyib.

O, bildirib ki, hazırda Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş film çəkilir. Flimdə avropalı diplomatlar, siyasətçilər Azərbaycanın 20 ildə əldə etdiyi nailiyyətlər barədə fikirlərini bildirirlər.

"Məqsədimiz həmin filmi xarici telekanallarda da nümayiş etdirməkdir. Diaspor işində internet vasitələrindən istifadə də vacib əhəmiyyət kəsb edir. Hazırda fəaliyyət göstərən Böyük Britaniya-Azərbaycan Dostluq Palatasının 60-dan çox üzvü var. Onları Azərbaycana səfərə dəvət etmişik. Bu səfərlər böyük əhəmiyyət kəsb edir. Çünki gəlib Azərbaycanın inkişafını gözləri ilə görürlər", - Heydərov deyib.

O qeyd edib ki, diaspor işində digər mühüm vasitə nəşrlərdir. Avropa Azərbaycan Cəmiyyəti bir çox kitablar, o cümlədən "Qafqazda "erməni məsələsi" kitabını nəşr etdirib, bu kitab ABŞ-da ermənilərin narazılığına səbəb olub.

Heydərovun sözlərinə görə, rəhbərlik etdiyi təşkilatın nisbətən asan fəaliyyət göstərməsinin səbəblərindən biri Azərbaycan dövlətinin konstruktiv mövqe tutmasıdır.

"Xüsusilə də Dağlıq Qarabağ məsələsində Azərbaycanın tutduğu konstruktiv mövqe bizim fəaliyyətimizi asanlaşdırır. Diaspor işindən, Azərbaycanın dünyada təbliğindən danışarkən Heydər Əliyev Fondunun həyata keçirdiyi kampaniyaları da xüsusi qeyd etmək lazımdır", - AAC-nin rəhbəri qeyd edib.

Heydərov onu da deyib ki, hazırda Avropa Azərbaycan Cəmiyyətinin London, Paris, Brüssel, Berlin və Bakıda ofisləri var.

Xəbər lenti

Xəbər lenti