...

Bu yay Bakıda 17 nəfər dənizdə boğulub

Cəmiyyət Materials 17 Avqust 2012 10:10 (UTC +04:00)
Builki yay mövsümündə Bakıda 17 nəfər suda boğulma nəticəsində dünyasını dəyişib.
Bu yay Bakıda 17 nəfər dənizdə boğulub

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bu il yay mövsümündə Bakıda 17 nəfər suda boğulma nəticəsində dünyasını dəyişib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova cümə günü Trend-ə deyib ki, dünyasını dəyişənlərin 5 nəfəri uşaq olub. Onların 3-ü oğlan, 2-i qızdır.

Ümumilikdə bu yay Bakıda 42 suda boğulma halı qeydə alınıb. Suda boğulma ilə əlaqədar 18 nəfər xəstəxanaya yerləşdirilib. Onların 10-u uşaq olub. Ötən sutka ərzində Hövsan çimərliyində 1 suda boğulan şəxsə yardım göstərilib.

Vahidova bildirib ki, bu yay Bakıda 112 nəfər günvurma ilə əlaqədar BŞTTTYS-ə müraciət edib. Onun sözlərinə görə, ötən sutka ərzində 1 nəfər günvurma diaqnozu ilə stansiyaya müraciət edib. Qaradağ rayonunundan olan 23 yaşlı oğlana tibbi yardım göstərildikdən sonra onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb.

Xəbər lenti

Xəbər lenti