...

Mədəniyyət və Turizm Nazirliyi: Turizm sektoru Avropa Oyunlarının keçirilməsinə hazırdır

Baku 2015 : EUROGAMES Materials 30 Aprel 2015 15:03 (UTC +04:00)
Aparılan monitorinqlər çox xırda nöqsanlar nəzərə alınmasa, ölkədəki mehmanxanaların, eləcə də turizm sektorunun I Avropa Oyunlarının keçirilməsinə hazır olduğunu göstərib.
Mədəniyyət və Turizm Nazirliyi: Turizm sektoru Avropa Oyunlarının keçirilməsinə hazırdır

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Aparılan monitorinqlər çox xırda nöqsanlar nəzərə alınmasa, ölkədəki mehmanxanaların, eləcə də turizm sektorunun I Avropa Oyunlarının keçirilməsinə hazır olduğunu göstərib.

Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, son bir necə ay ərzində I Avropa Oyunlarının təqdimatlarının keçirilməsi zamanı ölkəmizin turizm potensialı təbliğ olunub: "CNN, "Euronews" kimi nüfuzlu kanallarda Azərbaycanin turizm potensialının təbliği ilə yanaşı, Oyunların təqdimatları ilə də bağlı roliklər yayımlanıb. I Avropa Oyunlarının keçiriləcəyi günlər ərzində oyunların dünyanın bir çox televiziya kanallarında yayımlanması Azərbaycanın daha da tanıdılmasına imkan verəcək. Bu da ölkəmizin turizm sektoruna öz töhfəsini göstərəcək".

V.Şıxməmmədov I Avropa Oyunlarının Azərbaycana turistlər cəlb etmə baxımından böyük rolunun olacağını söyləyib: "Oyunların keçirilməsi ilə biz Azərbaycanın turizm potensialının xaricdə daha yaxşı tanıdılması imkanı əldə edirik. Oyunlar zamanı turizm sahəsində xidmət səviyyəsini ən yaxşı şəkildə təqdim edə bilsək, həmin dövrdə Azərbaycana gələn insanlar təbii ki, yenidən gəlmək istəyəcəklər. Beləliklə də, gələcəkdə ölkəmizə daha çox turistin gəlməsini təmin edə biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti